...

Yeni yaradılan partiya bəzi müxalifət təşkilatları ilə əməkdaşlıq qurmayacaq

Siyasət Materials 23 İyul 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yeni yaradılmış Yeni Zaman Partiyası bir sıra müxalifət partiyaları ilə əməkdaşlıq etməyəcək və heç bir siyasi bloka qoşulmayacaq. Bu barədə partiyanın sədri Musa Ağayev məlumat verib.

O qeyd edib ki, hazırda partiyada strukturlaşma işləri aparılır. Partiya sədri yaxın günlərdə özünün iki müavinini təyin edəcək, həmçinin bir sıra komissiyalar formalaşdırılacaq.

Ağayevin sözlərinə görə, Yeni Zaman Partiyası Azərbaycanın ümumilli məsələləri ilə bağlı müxalifət partiyaları ilə əməkdaşlıq quracaq. Amma şəxsi ambisiyalara xidmət edən, öz maraqlarını güdən partiyalarla heç bir əməkdaşlığı olmayacaq.

Ağayev qeyd edib ki, partiyanın təsis qurultayının sənədləri bu həftə Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Yeni yaradılan YZP müxalifətyönlü, mərkəzçi partiyadır.

Xəbər lenti

Xəbər lenti