...

Brilyant Dadaşova Türkiyəyə gedir

Cəmiyyət Materials 3 Oktyabr 2007 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı 3 oktyabr /müx. TrendLife Şahin Cavadsoy/

Müstəqillik qazandığımız ilk günlərdən Əməkdar artist Brilyant Dadaşova zəngin musiqimizi dünyada təmsil etməyə çalışır və bu gün də missiyasını layiqincə davam etdirir. Xəbər aldıq ki, əsasən Türkiyədə yaradıcılıq fəaliyyətini davam etdirən Dadaşova, yenidən bu ölkəyə yola düşməyə hazırlaşır. Məlumatı TrendLife-üçün təsdiqləyən müğənni, səfərinin məqsədinə belə şərh verdi: "Hesab edirəm ki, mənim Türkiyəyə gedib-gəlməyim, artıq adi hal kimi qarşılanmalıdır. Çünki, İstanbuldakı studiyaların birində gərgin iş rejimiylə yeni diskimi hazırlamaqla məşğuluq. Bu albomun ərsəyə gəlməsi üçün böyük bir heyət çalışır ".

Onu da öyrəndik ki, "həm ziyarət, həm ticarət" prinsipiylə yol üstündə olan Brilyant xanım yaxın günlərdə yenidən türk kanallarında görünəcək: "Dəvətlər var. Lakin hansı proqramlara qatılacağım hələ dəqiq deyil. Yəqin, Ramazan bayramı ərəfəsində türk ulduzlarının apardığı müəllif proqramlarında tamaşaçıların görüşünə gələrəm".

Brilyant xanım deməsə də, sızan informasiyalarda onun "Sabah-sabah Seda Sayan", "Beyaz show" və eləcə də digər proqramlarda qonaq olacağı söylənilir.

Xəbər lenti

Xəbər lenti