...

DİN-in həbsdə olan sabiq əməliyyat müvəkkili: "Mənə mərhəmət düşmür və mərhəmət də istəmirəm"

Cəmiyyət Materials 9 Oktyabr 2007 16:00 (UTC +04:00)
DİN-in həbsdə olan sabiq əməliyyat müvəkkili: "Mənə mərhəmət düşmür və mərhəmət də istəmirəm"

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Mənə mərhəmət düşmür və mərhəmət də istəmirəm. Azər İsmayılovu da ölürməyimə peşiman deyiləm. Trend in məlumatına görə, bu bəyanatla çərşənbə axşamı Bakı şəhər Apellyasiya Məhkəməsində Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov özünün və digərlərinin apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesində çıxış edib.

Çoxsaylı qətllərdə, adam oğurluqlarında ittiham olunan dəstənin başçısı Məmmədov prosesdə ifadə verərək ittiham olunduğu cinayətlər barədə danışıb. Dəstə başçısı bildirib ki, bütün günahlarına baxmayaraq, DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin şöbə rəisi Azər İsmayılovu öldürməsi ona rahatlıq verir. İsmayılovun onu izlədiyini və öldürmək istədiyini iddia edən Məmmədov bildirib ki, Azəri öldürməzdən öncə onunla 15-20 dəqiqə söhbət edib, onu nə üçün izlədiyinin səbəblərini öyrənib, sonra isə özünə məxsus bıçaqla qətlə yetirib. Məmmədov İsmayılovun qətlini videolentə aldığını da vurğulayıb.

Məmmədov İsmayılovun qətlində təqsirləndirilən bacısı oğlu Elçin Əliyevin xəbərsiz olduğunu deyib.

Dəstə başçısının sözlərinə görə, əsas cinayətləri sifarişlə və məcburən törədib.

Məmmədov AFFA-nın vitse-prezidenti, "Qara polkovnik" Fətulla Hüseynovun, Baş Prokurorluğun kriminalist prokuroru Rövşən Əliyevin qətlinə və Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasına sifariş verən şəxslərin adlarını açıqlamayan dəstə başçısı həmin nşəxslərin ailə üzvlərinin sifarişçilərin kimliyindən xəbərdar olduğunu vurğulayıb: "Mən cinayətlərimlə bağlı ifadə versəm, cinayətkarlar üçün bu zal bəs etməz. Burada oturanların arasında sifarişçilərin kimliyindən məlumatı olanlar var".

Sabiq əməliyyat müvəkkili bildirib ki, törətdiyi adam oğurluqlarına görə aldığı pulun müəyyən hissəsi DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirova çatıb.

Başçılıq etdiyi dəstənin üzvü Şirxan Abıyevın qətli epizoduna aydınlıq gətirən Məmmədov bildirib ki, Abıyevi qətlə yetirmək fikri olmayıb: "Abıyevin mənim qətlimi hazırlaması barədə məlumatı dəqiqləşdirəndən sonra onunla danışdım. Əl-qolunu bağlayıb uyuşdurucu iynə vurdum. Fikirləşdim ki, onunla bir daha söhbət edim, tam əmin olandan sonra öldürəcəm. Qusara da söhbət üçün aparırdım. Amma bu iş yolda pozuldu. O, peredozirovkadan yolda öldü".

Mehman Səmədov və Novruz İsmayılıovun qətli ilə bağlı məlumat verən Məmmədov bildirib ki, həmin şəxslər sağ olsaydı bu işdə təqsirləndirilən kimi tanınardılar. Dəstə başçısının sözlərinə görə həmin şəxslər dəstə üzvlərinin adına saxta sənədlər hazırlayıblar.

Onları da bu fəaliyyətləri barədə yaxın ətraflarına məlumat verdiyi üçün qətlə yetirb.

Məmmədov həbsdə saxlandığı müddətdə təzyiq və işgəncələrə məruz qalmadığını, istintaqın ona qarşı qərəzli olduğunu, həbsindən sonra qohumlarının əsassız olaraq həbs olunduğunu deyib.

Dəstə başçısının vəkili Səməd Əliyev Məmmədovun anasının adına olan bağ evinin qanunsuz müsadirə olunduğunu əsas gətirərək evin üzərindən həbsin götürülməsini xahiş edib. Proses təqsirləndirilənlərin ifadələri ilə davam edir.

Apellyasi Məhkəməsində keçirilən bugünkü prosesdə dəstə başçısı Hacı Məmmədov və təqsirləndirilən digər 22 nəfər şəxs iştirak edir.

Məhkəmənin hökmü ilə Məmmədov əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Dəstə üzvü Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15l, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13, Ədalət Əsədullayev, Novruz Nuriyev 12, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev isə 8 il azadlıqdan məhrum edilib. Aqil Hüseynov və Azər Əliyevə 2 il şərti iş verilib. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət işinə xitam verilib

Xəbər lenti

Xəbər lenti