...

Futbol üzrə Azərbaycan yığması Moldovaya yollanıb

Cəmiyyət Materials 24 Oktyabr 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın gənclərdən ibarət futbol üzrə yığma komandası (U-19) Avropa birinciliyinin seçmə oyunlarının keçiriləcəyi Moldovaya yollanıb.

Trend in verdiyi məlumata görə, təqvimə müvafiq olaraq, Arif Əsədovun yetirmələri birinci oyunu oktyabrın 26-da Ukraynaya qarşı keçirəcək. İki gündən sonra isə onlar Şotlandiya yığması ilə qarşılaşacaq. Kollektiv qrupda sonuncu oyununu meydan sahiblərinə qarşı keçirəcək. Bundan sonra növbəti mərhələdə mübarizəni davam etdirəcək komandalar müəyyən olacaq. Turnirin favoriti Ukrayna və Şotlandiya komandaları hesab olunur.Doğma meydanda oynayan Moldova futbolçularının da şansı var.

Qrupda güclü yığmalar yer alsa da, Azərbaycan futbolçuları birinci iki yer uğrunda mübarizə aparmaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti