...

Qrossmeyster Vüqar Həşimov Barselonada qələbə qazanmaq şanslarını itirməyib

Cəmiyyət Materials 26 Oktyabr 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Barselonada keçirilən beynəlxalq turnirdə qələbə qazanmaq şanslarını itirməyib.

Yeddi turdan sonra hesabında dörd xal olan şahmatçı üçüncü yerdə qərarlaşıb və birinci yerdə gedən amerikalı Hikar Nakamuradan bir xal geridə qalır. Bununla yanaşı rəqiblər daha iki hissə keçirməlidirlər. Vüqarın son görüşlərdə maksimal nəticə göstərəcəyi və amerikalının məğlub olacağı təqdirdə onun rəqibi turnir cədvəlində aşağı düşəcək. Belə olan halda Həşimov İspaniyada çempion olacaq ki, bu da onun reytinqinə müsbət təsir göstərəcək.

Nüfuzlu dairəvi turnirdə kubalı Lener Dominqes, ev sahibi qismində Miqel İleskas, Sloveniya təmsilçisi Aleksandr Belyavski və digərlərinin simasında tanınmış şahmatçılar iştirak edir.

Xəbər lenti

Xəbər lenti