...

Azərbaycan diasporu kapital yığmaq dövrünü artıq arxada qoyub - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 30 Dekabr 2007 11:19 (UTC +04:00)
Azərbaycan diasporu kapital yığmaq dövrünü artıq arxada qoyub - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı/ Trend , müxbir S .İlhamqızı/ Dünyada yaşayan Azərbaycan diaspor nümayəndələri özlərinə kapital yığmaq dövrünü arxada qoyublar və artıq yeni bir dövrə başlayıblar, siyasi sahəyə həvəsləri artıb. Bu fikirləri bazar günü jurnalistlərə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

"Müxtəlif ölkələrdə çox sayda imkanlı azərbaycanlılar var, artıq onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatına fəal şəkildə qoşulmasına zərurət yaranıb", deyə İbrahimov bildirib.

Onun sözlərinə görə, xaricdəki azərbaycanlılar ABŞ, Rusiya və digər ölkələrdə ictimai-siyasi cəhətdən fəallıq göstərir, parlamentdə, ayrı-ayrı dövlət strukturlarında təmsil olunurlar. Komitə sədrinin sözlərinə görə, bu fəallıq ildən-ilə artır.

Bu isə Azərbaycan həqiqətlərinin, ərazisinin işğalı faktının dünyaya çatdırılmasında rol oynayır.

Xəbər lenti

Xəbər lenti