...

AQO Qrupu Azərbaycan mətbuatının vəziyyəti və problemləri ilə maraqlanıb

Cəmiyyət Materials 3 Aprel 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan Avropa Şurasının AQO Monitorinq Qrupunun üzvləri cümə axşamı KİV rəhbərləri ilə keçirdikləri görüşdə Azərbaycan mətbuatının vəziyyəti, problemləri ilə maraqlanıblar. Bu barədə Trend a görüşdə iştirak etmiş "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verib.

Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev, Media Hüququ İnstitunun rəhbəri Rəşid Hacılı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Elnur Hüseynov, "Day.az" saytının rəhbəri Elnur Baimov iştirak ediblər.

AQO Qrupu Azərbaycanda prezident seçkisi ərəfəsində KİV-ə hansı şəraitin yaradılması, onların müstəqil fəaliyyət imkanlarının olub-olmaması, maliyyə durumu, qəzetlərin tirajı, yayımı, internet saytların azadlığı, həmçinin, həbsdəki jurnalistlərin vəziyyəti ilə maraqlanıblar.

AQO Qrupunun rəhbəri Per Sörgen bildirib ki, Avropa Şurası Azərbaycanda mətbuat və söz azadlığının vəziyyətini daim nəzarətdə saxlayır, öz prinsipial mövqeyini bildirir. Onun fikrincə, jurnalistlər həbsdə olmamalı və Azərbaycan AŞ üzvü kimi götürdüyü öhdəliklərə əməl etməlidir.

Qrup rəhbəri, həmçinin, bildirib ki, cümə günü iqtidar nümayəndələri ilə görüşündə mətbuatın problemlərini müzakirə edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti