...

Sevda Ələkbərzadə repertuarını təzələyir

Cəmiyyət Materials 5 Aprel 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel/ TrendLife / Günel Əhmədova

Sevda Ələkbərzadənin repertuarında yeni bəstə yer alacaq. Müğənninin TrendLife-a bildirdiyinə görə, bir neçə mahnısının müəllifi olan gənc bəstəkar Elvin ona adı hələ bəlli olmayan, pop üslubunda yeni mahnı yazıb. Hazırda musiqili əsərin studiya həlli istiqamətində çalışan müğənni belə bir açıqlama verdi: "Ümumiyyətlə, mən gənc istedadlarla işləməyə üstünlük verirəm. Gənclər həmişə iddialı olurlar. Əgər istedadlı gənc mənə əməkdaşlıq üçün müraciət edirsə, imtina etmirəm. Artıq onlarla işbirliyimizin nəticəsi olaraq maraqlı mahnılar ərsəyə gəlib".

Xəbər lenti

Xəbər lenti