...

Samirə dini mövzuda oxuyub

Cəmiyyət Materials 8 Aprel 2008 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/müx. Trend Life Günel Əhmədova/

Müğənni Samirə repertuarını fərqləndirib. Onun TrendLife-a bildirdiyinə görə, yeni mahnısı tamaşaçıları düşündürəcək: "Mahnı dini mövzudadır və "İbadət nəğməsi" adlanır".

Sözləri Sevinc Şirinə, musiqisi Sevinc Tağıyevaya məxsus olan mahnı yenicə lentə yazılıb və o, yaxın 1-2 həftədə eşidiləcək. Daxilən özünü Tanrıya yaxın hiss edən müğənni dini mövzuda öz arzusu ilə oxuduğunu söylədi. Bu mövzda mahnıların siyahısı yaxın aylarda genişləndiriləcək. Samirə bunlardan birinin ekran həllinin olacağını da istisna etmədi.

Müğənni Samirə bir neçə ritmik mahnı da hazırlayır. Müğənni həmin bəstələrin yayın ritminə uyğun olacağnı dedi.

Xəbər lenti

Xəbər lenti