...

Tamaşaçılar bir müddət məni görməyəcəklər – Əməkdar artist Çingiz Əhmədov

Cəmiyyət Materials 9 Aprel 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Musiqili Komediyi Teatrının aktyoru, Əməkdar artist Çingiz Əhmədovdan yeniliklər var. Bu barədə aktyorun özü TrendLife istifadəçilərini məlumatlandırdı: "İlk əvvəl onu demək istəyirəm ki, teatrda işim həddindən artıq çoxdur. Marat Haqverdiyevin "Amerikalı kürəkən" adlı tamaşasında Cəlil rolunda çıxış edəcəyəm. Bu yazıçının "Qısqanc ürəklər" tamaşasında da rol almışdım. Tamaşanı Xalq artisti İlham Namiq Kamal səhnələşdirir. Musiqisi professor Ramiz Mirişliyə aid olan tamaşanı teatrsevərlər mövsümün sonunda-yəni may ayında izləyə biləcəklər".

Ç.Əhmədovun digər yeniliyi isə hələ tam açıqlama vermək istəmədiyi teleserial barəsində oldu: "Yaradıcı heyət bu barədə ətraflı danışmağa icazə vermir. Bir məlumatı deyə bilərəm ki, tamaşaçılar bir müddət məni görməyəcəklər. Qısaca deyə bilərəm ki, çəkiləcək teleserialda polis obrazında tamaşaçıların görüşünə gələcəyəm. Çəkilişlərə başlayan kimi söz verirəm ki, xəbəri birinci sizin vasitənizlə pərəstişkarlarıma catdıracağam".

Xəbər lenti

Xəbər lenti