...

Şəxsi həyatım barəsində yazılanlar həqiqətəuyğun deyil – Xalq artisti Niyaməddin Musayev

Cəmiyyət Materials 11 Aprel 2008 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Xalq artisti Niyaməddin Musayev baba oldu. Qız övladından nəvə görən sənətkar, bu sevincini TrendLife-la bölüşdü: "Baba olmağın bir başqa ləzzəti var. Bu hissi ifadə etmək üçün söz tapa bilmirəm. Yeni doğulan körpəyə Ayxan adını verdik. Çox şirin-şəkər baladır. Allah nəvəmin simasında bütün balalarımızı bəd-nəzərdən saxlasın".

N.Musayev bir neçə vaxt bundan öncə ailədaxili məsələlərinin mediada müzakirə olunması haqda isə bunları söylədi: "Şəxsi həyatım barəsində yazılanlar həqiqətəuyğun deyil. Ona görə də kimlərinsə uydurmalarına şərh vermək istəmirəm. Bəzi nankor insanlar çox cəhd etdilər ki, məni şərləsinlər. Amma bu arzuları alınmadı. Çünki mən hər şeydən əvvəl yetərincə tərbiyəyə malik olan insanam. Sizin vasitənizlə bəyan edirəm ki, bundan belə şəxsi həyatım barəsində yayılan xəbərlərlə əlaqədar bir kəlmə də olsun danışan deyiləm".

Xəbər lenti

Xəbər lenti