...

Azərbaycanda xalq teatrı festivalının ilk turu başa çatıb

Cəmiyyət Materials 24 Aprel 2008 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. TrendLife Safura/

Kukla teatrında keçirilən xalq teatrları festivalının ilk turu başa çatıb. Beləki festivalda "Xocalıdan gələn səslər", "Çimnaz xanım yuxudadır", "Tamahkar", " Qatil" və.s kimi tamaşalar təqdim olunub. Mədəniyyət və turizm nazirliyinin nümayəndəsi Əlikram Əliyev fikrincə, belə festivallar keçirtməkdə məqsəd gənc nəsilin teatra olan marağını artırmaqdır.

Birinci etapda jüri tərkibinə xalq artisi Azərpaşa Zeynalov, dramaturq Rəhman Əlizadə, Pantomim teatrının direktoru Bəxtiyar Xanızadə, bəstəkar Aydın Əzimov daxildir. Xatırladaq ki, ilk turda 44 teatr iştirak edib və ikinci tura keçməyə 14 kollektiv vəsiqə qazanıb. Festivalın finalı aprelin 27-də Abdulla Şaiq adına kukla Teatrında təşkil olunacaq.

.

Xəbər lenti

Xəbər lenti