...

Azərbaycanın "Neftçi" klubu Rumıniyadan olan futbolçu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 23 Yanvar 2009 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubu Rumıniyanın "Styaua" komandasının hücumçusu Adrian Nyaqa ilə il yarımlıq müqavilə bağlayıb. Bu barədə Trend -a "Neftçi" klubunun mətbuat xidməti xəbər verib.

"Neftçi" klubunun yeni hücumçusu futbolçu karyerası dövründə Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Rumıniya çempionatlarında çıxış edib.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" klubunun daha bir neçə legioner futbolçu ilə müqavilə bağlayacağı gözlənilir.

"Neftçi" Azərbaycanın ən titullu klubudur.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti