...

Müsəlman dünyası Obama ilə sıx əməkdaşlığa hazırdır – Beynəlxalq İslam Təfəkkürü İnstitutunun rəhbəri (Müsahibə)

Cəmiyyət Materials 7 İyul 2009 16:00 (UTC +04:00)
Müsəlman dünyası Obama ilə sıx əməkdaşlığa hazırdır – Beynəlxalq İslam Təfəkkürü İnstitutunun rəhbəri (Müsahibə)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.Sadıxova /

Trend -un Yaxın Şərq redaksiyasının Beynəlxalq İslam Təfəkkürü İnstitutunun (International institute of Islamic thought) London ofisinin rəhbəri, Britaniya-İslam münasibətləri sahəsindəki xidmətlərinə görə kraliça tərəfindən Britaniya imperiyasının "Komandor" ordeni ilə təltif olunan Ənəs əş-Şeyx Əli ilə müsahibəsi

- Müsəlman dünyası hazırda Avropa və ABŞ-da islamofobiya problemi ilə üzləşir. Sizin fikrinizcə, islam təşkilatları bu problemi aradan qaldırmaq üçün hansı addımları atmalıdır?

- Mən bu barədə dəfələrlə Azərbaycana və digər ölkələrə səfərim zamanı danışmışam. Müsəlman və müsəlman olmayan qeyri-hökumət təşkilatları bu problemin aktual olduğunu qeyd ediblər, bəzi ölkələrdə isə o, rəsmi səviyyədə təsdiq edilib. Mənə elə gəlir ki, müsəlmanlar bunun aradan qaldırılması üçün səy göstərməlidirlər. Bizə hər bir ölkədə islamofobiya faktlarına nəzarət edə biləcək qeyri-hökumət təşkilatlarının ekspertlər ştatı və peşəkar əməkdaşlar lazımdır. Bir çox hallar (islamofobiya) müəyyən olunmur və buna görə də bu  uzunmüddəli və sistematik prosesdir.

2000-ci ildə Böyük Britaniyada islamofobiya və irqçiliyə qarşı forum (FAIR) təşkil etdik. Bu sözügedən problemlə məşğul olan ilk və bəlkə də yeganə müsəlman qeyri-hökumət təşkilatıdır. Təəssüf ki, bir çox məsələlər bir sıra səbəblərə görə naməlum qalır, ya qurbanlar polisə müraciət etməkdən qorxur, ya da bizim işimizin müvəfəqqiyyətinə inanmır. Buna görə də bir çox hallar (onların əksəriyyəti çox ciddi hallardır) müəyyən edilmir. Biz böyük səy göstərərək insanların maarifləndirilməsi üçün proqram yaratmalıyıq ki, onlar islamofobiya halları haqqında məlumat versinlər. Qeyd etdiyim kimi, öz vaxtını və vasaitini islamofobiya probleminə həsr edən təşkilatlar çox azdır. Onlar kifayət qədər vəsaiti və işçiləri olmadan mübarizə aparırlar. Məhz buna görə də əla məlumat bazası və bu problemin aradan qaldırılması ilə məşğul olan əməkdaşlara sahib xüsusi təşkilatlar yaratmalıyıq.

Bundan əlavə, müsəlmanlar islamofobiyanın meydana gəlməsinə necə reaksiya verməli olduqlarını da bilməlidirlər. Onlar ağıllı, sakit, nəcib olmalı, lazımsız emosiya nümayiş etdirməməli, amansızlıq göstərməməli, qanunları pozmamalıdırlar. Məhz bunların hamısı islamofobiya hallarının artmasına səbəb ola bilər. Elmi, intelektual dairələr, müsəlman KİV-ləri buna qarşı ağıllı və sakit şəkildə müqavimət göstərməlidirlər.

Mən həmçinin hesab edirəm ki, islamofobiya, irqçilik və ya ksenofobiyanın hər hansı bir təzahürü uzunmüddətli strategiya yolu ilə aradan qaldırıla bilər. O zaman biz fikrimizi təhsilə yönləndirməliyik. Bu çox çətin olacaq və uzun müddətə başa gələcək, lakin təhsil islamofobiyanın və irqçiliyin hər hansı bir formasının aradan qaldırılması üçün yeganə yoldur. Eyni zamanda qeyd etməliyəm ki, müsəlman və qərb dövlətləri bir çox stereotip və xurafatları bölüşdürür. Müsəlman dünyasında onları təhsil yolu ilə aradan qaldırmaq lazımdır. Biz itirəcəyimiz vaxta və qarşılaşacağımız problemlərə baxmayaraq bunu aradan qaldırmalıyıq. 

Digər vacib addım bizim təkcə müsəlman tərəfdaşlarla deyil, qeyri-müsəlman tərəfdaşlarımız ilə əməkdaşlığımızdır.Qeyri-müsəlman təşkilatlarının çoxu islamofobiya haqqında yazıb, məruzələr dərc edib və forumlar keçiriblər. Xüsusilə İnsan Haqları üzrə Demokratiya İnstitutunun ofisi (ODİHR) sözügedən halların aradan qaldırılması üçün çox işlər görüb.

İslamofobiyaya qarşı qanunları pozmadan, emosiya nümayiş etdirmədən, həmçinin fikri təhsilə cəmləşdirərək necə mübarizə aparmaq lazım olduğunu anlamaq lazımdır. Mənə elə gəlir ki, bu məsələdə bu əsas prioritetdir.

Mən şadam ki, İslam Konfransı Təşkilatı sözügedən halların aradan qaldırılması üçün "İslamofobiyaya müşahidə üzrə məntəqə" yaradıb. Onlar artıq ikiillik məruzə dərc ediblər. Mənə elə gəlir ki, bu çox vacib addımdır, bütün müsəlman icması bu təşəbbüsü dəstəkləməlidir.

- ABŞ-da və Avropada islamofobiyanın təzahürü arasında fərq varmı?

- Avropanın özündə belə fərqlər var. Məsələn, ABŞ və Böyük Britaniyada Almaniya və Fransa ilə müqayisədə hicab bağlayanlara daha tolerant yanaşırlar. Mənə elə gəlir ki, ABŞ-da imiqrasiya problemləri ilə təkcə müsəlmanlar üzləşmir. ABŞ-da əsasən Latın Amerikasından olanlar bununla qarşılaşır.

- Roma papasının Müqəddəs torpağa səfəri zamanı qərb ölkələri və dini təşkilatlar müsəlman cəmiyyəti daxilindəki fikir ayrılığını nəzərə alaraq İslam dünyası ilə dialoqun aparılması üzrə çətinliklərin olduğunu bəyan etmişdi.Sizin fikrinizcə, müsəlmanlar arasındakı parçalanma qərb ölkələri ilə dialoqa nə dərəcədə təsir edir?

- Bir neçə il bundan əvvəl 138 müsəlman alimi, fəalları və teoloqları bütün xristian kilsələrinin - Katolik, Protestant, Anqlikan, Pravoslav, Evangelist kilsələrinin başçılarına "Bizim ümumi sözümüz" məktubunu göndərmişdi. Artıq 305-dən çox imza toplanıb.

Mən özüm şəxsən bu məktubu Kenterberiys arxiyepiskopu Rouen Uilyamsa təqdim etdim. Bunun nəticəsində xristian və müsəlmanlar arasındakı dialoqda ciddi tərəqqi oldu. İlk görüş ABŞ-ın Yels Universitetində, ikinci görüş Kembric Universitetində, sonuncu görüş isə ötən ilin avqustunda Vatikanda baş tutdu. Bu ilk müsəlman-katolik forumu idi.

Mən hər hansı bir parçalanma olması barədə düşünmürəm, mənə elə gəlir ki, hər hansı bir fikir ayrılığı bizim görüşlərimizə mane ola bilər. Əlbəttə, hər zaman dialoqa qarşı çıxan şəxslər mövcuddur. Lakin bizim onun həyata keçirilməsi üçün çox imkanlarımız var və biz problemi həll etmək və sülhə nail olmaq üçün onu davam etdirməliyik.

Forumlar və görüşlər bütün problemləri həll edəcəkmi? Əlbəttə yox. Onlar çətinliklərlə üzləşəcəkmi? Bəli. Lakin mənə elə gəlir ki, irəliləyiş var və belə də davam edəcək.

-Müsəlman ölkələri Barak Obamanın "ABŞ-la müsəlman dünyası arasında münasibətlərdə yeni səhifənin açılması planı"nın inkişaf etdirilməsində Birləşmiş Ştatlara nə dərəcədə kömək edə bilərlər?

-Bütün tərəflərin reaksiyasına əsasən mən hesab edirəm ki, müsəlman dünyası (hökumət və qeyri-hökumət təşkilatları) Barak Obama ilə sıx əməkdaşlığı istəyirlər və buna hazırdırlar. Mən onların nə kimi praktiki addımlar atacağını bilmirəm, bunun üçün də iradə və istəyin mövcudluğuna şübhə etmirəm. Lakin bu kimi məsələlər gələcəkdə hər hansı bir ölçüdə Prezident Obamanın fəaliyyətindən asılı olacaq. Bizim eşitdiklərimiz əvvəlki administrasiyadan eşitdiklərimizdən daha yaxşıdır. Lakin bunlar hələ ki, sözlər və niyyətlərdir. Müsəlman dünyası sözlər və niyyətlərin ciddi işlərə çevriləcəyini görməlidir və bu, çox müsbət nəticələrə gətirib çıxaracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti