...

Azərbaycanın ali məktəblərinə ikinci qrup üzrə imtahanın nəticələri açıqlandı

Cəmiyyət Materials 26 İyul 2009 18:35 (UTC +04:00)
Azərbaycanın ali məktəblərinə ikinci qrup üzrə imtahanın nəticələri açıqlandı

Azərbaycan, Bakı, 8 iyul / Trend /

Azərbaycan Respublikası ali məktəblərinə 2009/2010-cu tədris ili üçün II ixtisas qrupu üzrə test imtahanının nəticəsinə əsasən, 7695 müsabiqədə iştirak etmək hüququ qazanıb. İmtahanın nəticələri iyulun 26-da TQDK-nın internet səhifəsində yerləşdirilib. Bu barədə bazar günü Trend -a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.

İyulun 24-də keçirilən imtahanın nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər, məlumatda qeyd edilir.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 25 358 abituriyent sənəd verib. Onlardan  24 009 nəfəri imtahan verib imtahanda iştirak etmişdir. 13 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub.

II ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 7331-dir

II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

Məlumatda bildirilir ki, ixtisas seçimi avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 4-cü sayında dərc olunub. İxtisas seçimi mərhələsinə II ixtisas qrupunda ümumi balı 250-dən, riyaziyyat və coğrafiya fənləri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar. Ümumi balı 350 və daha artıq olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq. İxtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, plan yerləri və müsabiqə şərtləri artıq "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.

Xəbər lenti

Xəbər lenti