...

Azərbaycanda 25 mindən çox abituriyent ixtisas seçib

Cəmiyyət Materials 31 İyul 2009 13:48 (UTC +04:00)
Azərbaycanda 25 144 abituriyent ixtisas seçimi haqqında ərizəsini təsdiqlədib.
Azərbaycanda 25 mindən çox abituriyent ixtisas seçib

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir C.Babayeva / 

Azərbaycanda 25 144 abituriyent ixtisas seçimi haqqında ərizəsini təsdiqlədib.

"İxtisas seçmək hüququna 31210 abituriyent sahibdir. İxtisas seçimi prosesi avqustun 3-də başa çatır. Bu müddətin bitməsindən sonra ixtisas seçiminin elektron bazasına daxil olmaq mümkün olmayacaq", - deyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə junalistlərə müsahibəsində bildirib.

İnternet vasitəsilə abituriyentlər səkkiz ixtisas kodu seçə bilər. İxitsas seçimi prosesi iyulun 25-də başlayıb.

Abbaszadə bildirib ki, qəbul imtahanları ilə əlaqədar olaraq Dövlət Komissiyasının Apellyasiya Komissiyasına 265 abituriyent müraciət edib, olardan 188-i öz cavab kartında qeyd olunan nəticələrinin eyniliyini təsdiq edib.

Bu gün orta ixtisas tədris müəssisələrinə sənəd qəbulu başa çatıb. "Sənəd qəbulu iyunun 24-dən keçirilib. İlkin məlumatlara əsasən, təxminən 26 min abituriyent sənəd verib. Orta ixtisas tədris müəssisələrinə qəbul imtahanlarının avqustun son on günlüyündə keçirilməsi planlaşdırılır", - deyə Abbaszadə bildirib.

Məqalə məüllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti