...

Azərbaycanın elm və təhsil sahəsindəki problemlərin həlli üçün vahid konsepsiya hazırlanacaq - Parlamentin komitə sədri

Cəmiyyət Materials 9 Dekabr 2009 14:30 (UTC +04:00)
"Konsepsiyanın hazırlanması üçün bütün ali məktəblərə öz təkliflərini yazmaq tapşırılıb və bu məqsədlə müəyyən vaxt verilib", - çərşənbə günü Trend News-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İqtisadiyyat Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib.
Azərbaycanın elm və təhsil sahəsindəki problemlərin həlli üçün vahid konsepsiya hazırlanacaq - Parlamentin komitə sədri

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın elm və təhsil sahəsindəki problemlərin həlli üçün vahid konsepsiya hazırlanacaq.

"Konsepsiyanın hazırlanması üçün bütün ali məktəblərə öz təkliflərini yazmaq tapşırılıb və bu məqsədlə müəyyən vaxt verilib", - çərşənbə günü Trend -a Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İqtisadiyyat Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib.

Trend -un arayışı: Azərbaycanın Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təhsil və elm sahəsindəki problemlərə həsr olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi "Azərbyacan" qəzetinin dekabrın 8-dəki sayında çap olunub.

Hacıyev deyib ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Azərbyacan" qəzetində çap olunan məqaləsini ali məktəblər üçün bir proqram kimi qəbul edir. "Biz qaqrşımıza qoyulan vəzifələri təkcə nəzərə almamalıyıq, birmənalı şəkildə yerinə yetirməliyik. Həmin məqalədəki müddəalar keyfiyyətli təhsilin təmin olunması üçün ən mühüm göstərişlər, istiqamətlərdir", - millət vəkili əlavə edib.

Komitə sədri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsindəki iradların hamısı ilə razı olduğunu və indiki vəziyyətin müxtəlif səbəblərlə bağlı olduğunu xatırladıb.

"Məsələn, bir qismi qanunvericilik bazasında olan boşluqlarla bağlıdır. Elmi kadrların hazırlanması, dissertasiyaların müdafiəsi, elmi şuraların təşkili, Ali Attestasiya Komissiyası və dərsliklərlə bağlı məsələlər öz həllini tapmalıdır. "Təhsi haqqında" qanun artıq yaxın günlərdə qüvvəyə minəcək. İkincisi, "Elm siyasəti haqqında" qanun layihəsi hazırlanıb, biz layihəni payız sessiyasının sonuna qədər Milli Məclisin müzakirəsinə çıxarmaq niyyətindəyik. Bu qanunlar qəbul olunandan sonra böşluqların bir hissəsi aradan qaldırılacaq", - Hacıyev vurğulayıb.

Onun fikrincə, digər səbəblər tədrislə bağlıdır və məsələyə birmənalı yanaşmaq düzgün olmazdı.

"Mən tamamilə razıyam ki, humanitar fənlərin tədris metodikası köhnəlib, tədris planları demək olar ki, elə bir ciddi dəyişikliyə uğramayıb. Bunun obyektiv tərəfi də var. Biz Boloniya prosesinə qoşulmuşuq, Avropa təhsil məkanına qovuşmuşuq. Təbii ki, təhsil standartlarımızı Avropa məkanındakı tədris planlarına uyğunlaşdırmalıyıq", - rektor deyib.

Komitə sədrinin sözlərinə görə, problemləri həll etmək üçün hər şeydən əvvəl keyfiyyətli tədrisi təmin etmək lazımdır.

"Şübhəsiz ki, bu da çox komponentlərlə bağlıdır. Bunun üçün dərsliklər, əlavə vəsaitlər, tədrisin ən aktual və müasir metodlarından istifadə olunmalıdır. Ən başlıcası isə ali məktəblərdə çox ciddi müəllim problemi var. İstisnasız olaraq deyirəm ki, bütün ali məktəblərdə müəllim problemi var. Amma bəzilərində bu problem daha qabarıq, bəzilərində isə nisbətən aşağı səviyyədədir. Bütün bu məsələlərin hamısının kompleks şəklində həll olunması hesab edirəm ki, həmin sahədə çox ciddi dönüşün yaradılmasına səbəb olacaq", - millət vəkili bildirib.

Hacıyev problemlərin aradan qaldırılması üçün ali məktəblərin potensialının olduğunu da qeyd edib. "Bu gün Azərbaycanda həlli mümkün olmayan problem yoxdur. Amma çatışmazlıqları mütləq etiraf etmək lazımdır", - o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti