...

Azərbaycanın paytaxtında məktəb direktoruna şiddətli töhmət verilib

Cəmiyyət Materials 10 Dekabr 2009 11:17 (UTC +04:00)
Bakı Şə­həri üzrə Təh­sil İdarəsi 151 saylı orta məktəbin direktoruna məktəbli for­masının məcburi şəkildə satılması ilə bağlı sonuncu xəbərdarlıqla şiddətli töhmət verib.
Azərbaycanın paytaxtında məktəb direktoruna şiddətli töhmət verilib

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir M. Əliyev/

Bakı Şə­həri üzrə Təh­sil İdarəsi 151 saylı orta məktəbin direktoruna məktəbli for­masının məcburi şəkildə satılması ilə bağlı sonuncu xəbərdarlıqla şiddətli töhmət verib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabr ayı ərzində "qaynar xətt" xidmətinə 151 saylı orta məktəbdə məktəbli for­masının məcburi şəkildə satılması ilə bağlı iki anonim şikayət daxil olub. "Şikayət edən valideynin kimliyi müəyyənləşdirildikdən sonra məktəbdə araşdırma aparılıb və şi­ka­yətin doğru olduğu aydınlaşdırılıb", - Təhsil Nazirliyindən bildirilib.

Noyabr ayında Ba­­­kı şəhərinin ümumtəhsil məktəb­lərindən 18 müraciət daxil olub, onların əksəriyyəti (17-si) sorğu, məlumat və anonim xarakterlidir.

Sor­ğu­lar əsasən olimpiadaların keçirilməsi, imta­hanlara hazırlıq, uşaq bağ­­çaları, müəllimlərin işə qəbulu ilə bağ­­lı­dır. Şikayətlər da­ha çox mək­təblərin istilik sistemi ilə təchizatı barədədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti