...

Azərbaycan şahmatçısı İranda beynəlxalq turnirin qalibi olub

Cəmiyyət Materials 11 Dekabr 2009 16:49 (UTC +04:00)
Azərbaycan şahmatçısı Fərid Abbasov İranda keçirilən "Qərbi Azərbaycanın şəhid sərdarları" adlı beynəlxalq şahmat yarışında birinci yeri tutub. Bu barədə Trend News İranın İRNA xəbər agentliyinə istinadən məlumat verib.
Azərbaycan şahmatçısı İranda beynəlxalq turnirin qalibi olub

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycan şahmatçısı Fərid Abbasov İranda keçirilən "Qərbi Azərbaycanın şəhid sərdarları" adlı beynəlxalq şahmat yarışında birinci yeri tutub. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verib.

Abbasov iranlı şahmatçı Müctəba Tərazvini udaraq 5 oyundan 5 xal qazanaraq birinci yerə yüksəlib.

Beynəlxalq yarış cümə günü İranın Urmiya şəhərində başlayıb. Yarışda Azərbaycan, Ermənistan, Gürcüstan və İrandan 134 şahmatçı iştirak edir. Onlar 4 gün yarışacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti