...

Prokuror Azərbaycanda sifarişli qətllər törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşına 15 illik cəza istəyib

Cəmiyyət Materials 17 Dekabr 2009 12:53 (UTC +04:00)
Azərbaycanda 16 il əvvəl sifarişli qətllər törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşının məhkəməsi keçirilib.
Prokuror Azərbaycanda sifarişli qətllər törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşına 15 illik cəza istəyib

Azərbaycan, Bakı, 17 dekabr / Trend , muxbir H.Bağırov /

Azərbaycanda 16 il əvvəl sifarişli qətllər törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşının məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sifarişli qətllər törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Nəbi Əliyevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində prokuror çıxış edib. Prokuror Əliyevin 15 il azadlıqdan məhrum edilməsini xahiş edib.

Məhkəmə prosesi dekabrın 18-də Əliyevin vəkilinin müdafiə çıxışı ilə davam etdiriləcək.

Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 70-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması), 94-cü maddənin 1-ci və 8-ci bəndləri (qəsdən adam öldürmə), Cinayət Məcəlləsinin hazırda qüvvədə olan 120.1-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Əliyev 2009-cu ilin fevralın 20-də Özbəkistanda tutularaq Bakıya gətirilib. O, xüsusilə ağır cinayətlərdə təqsirləndirilərək, 15 il azadlıqdan məhrum edilən Gürcüstan Respublikasının vətəndaşı Müğdət Ömərovun dəstəsinin üzvüdür.

İstintaq müəyyən edib ki, Müğdət Ömərov atası İmran, qardaşları Naqmat və Hümmət, tanışları Füzuli Məmmədov, Şahbaz Eminov, Nəbi Vəliyev, Bəylər Allahverdiyev, Fərəc Fərəcov və Ramiz Ələkbərovdan ibarət dəstə yaradıb. M.Ömərov dəstəsinin üzvlərini odlu və soyuq silahlarla silahlandırıb. Cinayətkar dəstə çoxsaylı basqınlar törədib, adam oğurluğu ilə məşğul olub. Dəstə başıçısı M.Ömərov, dəstənin üzvləri - Naqmat və Hümmət Ömərovlar, Şahbaz Eminov, Bəylər Allahverdiyev, Fərəc Fərəcov, Ramiz Ələkbərov 2005-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunublar və müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti