...

Azərbaycan ombudsmanı ekologiya nazirinə birgə tədbir keçirməyi təklif edib

Cəmiyyət Materials 7 Yanvar 2010 11:35 (UTC +04:00)
Azərbaycan ombudsmanı Elmira Süleymanova ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova "Azərbaycanda ekologiya ili" çərçivəsində birgə tədbir keçirməyi təklif edib.
Azərbaycan ombudsmanı ekologiya nazirinə birgə tədbir keçirməyi təklif edib

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan ombudsmanı Elmira Süleymanova ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova "Azərbaycanda ekologiya ili" çərçivəsində birgə tədbir keçirməyi təklif edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən Trend -a bildirilib.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili ekoloji qanunvericiliyin təkmilləşdirilməsi, maarif və təhsil müəssisələri üzrə işlər, qaçqınların dislokasiya yerləri, QHT, həmçinin bukletlərin, plakatların və digər təşviqat materiallarının nəşr edilməsi və yayılması məsələlərinə dair müzakirə keçirməyi təklif edib. Ombudsman YUNESKO-nun dəstəyi ilə iyunun 18-də Milli insan hüquqları gününün və "Ekoloji mühit və insan hüquqları" mövzusunda birgə beynəlxalq konfransın keçirilməsi təşəbbüsünü irəli sürüb.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən 2010-cu il Azərbaycanda ekologiya ili elan olunub.

Xəbər lenti

Xəbər lenti