...

Azərbaycanda terror barədə məlumat verməkdə təqsirli bilinən İran vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 15 Yanvar 2010 12:22 (UTC +04:00)
Azərbaycanda terror barədə məlumat verməkdə təqsirli bilinən İran vətəndaşının məhkəməsi başlayıb.
Azərbaycanda terror barədə məlumat verməkdə təqsirli bilinən İran vətəndaşının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda terror barədə məlumat verməkdə təqsirli bilinən İran vətəndaşının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran İslam Respublikasının vətəndaşı Xeirxah Reza Moxtur oğlunun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

İran vətəndaşı Azərbaycanın Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216-cı) maddəsi ilə ittiham olunur.

Xeirxah Reza 2009-cu il sentyabrın 12-də Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün altına bomba qoyulması barədə polisə məlumat verib.

Aparılan araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb və Xeirxah Reza həbs edilib.

Xəbər lenti

Xəbər lenti