...

Rusiyada rus mədəniyyətinin görkəmli xadimləri arasında azərbaycanlıların da olması ilə fəxr edirlər – RF mədəniyyət naziri

Cəmiyyət Materials 22 Yanvar 2010 11:46 (UTC +04:00)
Rusiyada rus mədəniyyətinin görkəmli xadimləri arasında azərbaycanlıların da olması ilə fəxr edirlər. Bu barədə cümə günü RF-nin mədəniyyət naziri Aleksandr Avdeyev Bakıda jurnalistlərə deyib.
Rusiyada rus mədəniyyətinin görkəmli xadimləri arasında azərbaycanlıların da olması ilə fəxr edirlər – RF mədəniyyət naziri

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir M.Əliyev/

Rusiyada rus mədəniyyətinin görkəmli xadimləri arasında azərbaycanlıların da olması ilə fəxr edirlər. Bu barədə cümə günü RF-nin mədəniyyət naziri Aleksandr Avdeyev Bakıda jurnalistlərə deyib.

"Bizim məqsədimiz Rusiya və Azərbaycan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqə yaratmaqdır", - bu gun Bakıda keçirilən Azərbaycan-Rusiya vətəndaş cəmiyyətləri Forumunda iştirak edən Avdeyev deyib.

RF mədəniyyət nazirinin sözlərinə görə, görüş iştirakçıları Azərbaycan və rus dillərinin qorunub saxlanması və gələcək inkişafının təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

"Mədəniyyətin taleyi haqqında fikir söyləmək maraqlıdır, mədəniyyət bazarın təsiri altına düşməməlidir və bazar münasibətlərinin girovu olmamalıdır, - Avdeyev deyib. - Biz gəncləri öz xalqına hörmət etdikləri kimi qonşu xalqlara da hörmət etmək ruhunda tərbiyələndirməliyik".

Xəbər lenti

Xəbər lenti