...

İranda üçüncü idmançıda da dopinq aşkar olundu

Cəmiyyət Materials 23 Yanvar 2010 12:05 (UTC +04:00)
İranda son bir ildə üçüncü ağırlıqqaldıranda da dopinq aşkar edildiyinə görə Beynəlxaq Ağırlıqqaldırma Federasiyası (International Weightlifting Federation) beynəlxalq tədbirlərdə bu ölkənin idmançılarının iştirakına qadağa qoya bilər.
İranda üçüncü idmançıda da dopinq aşkar olundu

İranda son bir ildə üçüncü ağırlıqqaldıranda da dopinq aşkar edildiyinə görə Beynəlxaq Ağırlıqqaldırma Federasiyası (International Weightlifting Federation) beynəlxalq tədbirlərdə bu ölkənin idmançılarının iştirakına qadağa qoya bilər.

İLNA agentliyinin yanvarın 23-də yaydığı məlumata əsasən, İran tarixi ilə 1388-ci ildə (2009-2010) İran milli ağırlıqqaldırma komandasının iki üzvündə dopinq aşkar edilib. Hazırda isə Ümid Naicin dopinq qəbul etdiyi sübüt olunub.

Naicin iki il bundan əvvəl də dopinq qəbul etdiyi sübut olunmuşdu. Beynəlxaq Ağırlıqqaldırma Federasiyasının (IWF) qanunlarına əsasən, iki dəfə dopinq qəbul etdiyi sübut olunan idmançı ömürluk yarışlardan məhrum olunur. IWF-in qanunlarına əsasən, bir il ərzində milli komandanın üç üzvündə dopinq aşkar olunarsa, ölkə ya çempionatda iştirakdan məhrum olunur, ya da ağır cərimə ödəməli olur.

Xəbər lenti

Xəbər lenti