...

Azərbaycan və Küveyt ictimai əlaqələri inkişaf etdirir – səfir

Cəmiyyət Materials 25 Yanvar 2010 15:03 (UTC +04:00)
Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev Küveytin KUNA agentliyinə verdiyi müsahibədə deyib ki, ölkələr arasındakı siyasi əlaqələr yüksək səviyyədədir və iki ölkə hakimiyyəti ictimai əlaqələrin inkişafını fəallaşdırır.
Azərbaycan və Küveyt ictimai əlaqələri inkişaf etdirir – səfir

Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev Küveytin KUNA agentliyinə verdiyi müsahibədə deyib ki, ölkələr arasındakı siyasi əlaqələr yüksək səviyyədədir  və iki ölkə hakimiyyəti ictimai əlaqələrin inkişafını fəallaşdırır.

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovanın Küveytə səfəri fonunda Azərbaycan səfiri bildirib ki, iki hökumət arasında sosial sahədə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb.

Azərbaycan nümayəndə heyətinin Küveytə hazırkı səfəri ictimai əlaqələr, xüsusən də qadın problemlərinə dair ikitərəfli əməkdaşlığın istiqamətlərindən biridir, Abdullayev Azərbaycanın sosial məsələlərə böyük əhəmiyyət verdiyini, 1918-ci ildə ölkənin ilk parlamentinin qadınlara seçki hüququ verdiyini qeyd edib.

Səfir Küveytin Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin rəhbəri Lətifə əl-Fəhd əs-Sabahın Azərbaycana cavab səfəri edəcəyinə ümüdvar olduğunu bildirib.

Hüseynovanın küveytli həmkarı ilə görüşü zamanı ictimai və sosial məsələlərə dair ikitərəfli razılaşma əsasında əməkdaşlığın inkişafı haqqında müqavilə imzalanacaq.

Hüseynovanın səfəri çərşənbə axşamı başa çatacaq.

Xəbər lenti

Xəbər lenti