...

ATƏT-in Bakı ofisi Azərbaycan Təhsil Nazirliyinə ölkədə jurnalistikanın tədrisi səviyyəsinin birgə yüksəldilməsini təklif edib

Cəmiyyət Materials 6 Mart 2010 15:09 (UTC +04:00)
ATƏT-in Bakı ofisi Azərbaycan Təhsil Nazirliyinə ölkədə jurnalistikanın tədrisi səviyyəsinin yüksəldilməsi üzrə birgə iş aparmağı təklif edib.
ATƏT-in Bakı ofisi Azərbaycan Təhsil Nazirliyinə ölkədə jurnalistikanın tədrisi səviyyəsinin birgə yüksəldilməsini təklif edib

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir M.Əliyev/

ATƏT-in Bakı ofisi Azərbaycan Təhsil Nazirliyinə ölkədə jurnalistikanın tədrisi səviyyəsinin yüksəldilməsi üzrə birgə iş aparmağı təklif edib.

Təhsil naziri Misir Mərdanovla görüşü zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel ölkədə jurnalistika ixtisası üzrə tədrisin səviyyəsinin artırılması, bu istiqamətdə mövcud kurikulumun birgə nəzərdən keçirilməsi ilə bağlı məsələlərə toxunub. Bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.

Cankorel işçi qrupunun yaradılmasını, Təhsil Nazirliyi əməkdaşının da burada təmsil olunmasını təklif edib.

Təhsil naziri Misir Mərdanov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin irəli sürdüyü təklifləri müsbət qiymətləndirib, kurikulum çərçivəsində birgə iş aparılması təklifini dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti