...

Azərbaycan Təhsil Nazirliyi Nazirlər Kabinetinə və İqtisadi İnkişaf Nazirliyinə 2010-2011-ci illər üçün ali təhsil müəssisələrinə qəbul planı təqdim edib - nazir

Cəmiyyət Materials 19 Mart 2010 12:46 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Nazirlər Kabinetinə və İqtisadi İnkişaf Nazirliyinə 2010-2011-ci illər üçün ali təhsil müəssisələrinə qəbul planı təqdim edib. Bu barədə təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycan Təhsil Nazirliyi Nazirlər Kabinetinə və İqtisadi İnkişaf Nazirliyinə 2010-2011-ci illər üçün ali təhsil müəssisələrinə qəbul planı təqdim edib - nazir

Azərbaycan, Baki,19 mart / Trend , müxbir M.Alıyev/

Azərbaycan Təhsil Nazirliyi Nazirlər Kabinetinə və İqtisadi İnkişaf Nazirliyinə 2010-2011-ci illər üçün ali təhsil müəssisələrinə qəbul planı təqdim edib. Bu barədə təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, "Qəbul planında ciddi dəyişikliklər yoxdur. Növbəti illərdə dövlətin ehtiyaclarını öyrənərək, ardıcıl dəyişikliklər aparılacaq."

"Yeni maliyyəlşmə mexanizminin tətbiqi hansısa ali təhsil müəssisəsinin bağlanmasına səbəb ola biləcəkmi?" - sualına cavab olaraq nazir jurnalistlərə bildirib ki, "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ondan ibarət deyil ki, hansısa ali təhsil müəssisəsi bağlansın. Məqsəd ali təhsilin keyfiyyətinin, səmərəliliyinin artırılmasıdır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti