...

Azərbaycanda "Yəhova şahidləri" dini təriqətini təbliğ edən şəxslər saxlanılıb

Cəmiyyət Materials 3 May 2010 14:15 (UTC +04:00)
DİN-in mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində kirayədə yaşayan, Bakı şəhər sakinləri Aybəniz Mahmudovanın və Sevinc Qaravəliyevanın "Yəhova şahidləri" dini təriqətini təbliğ etmələri müəyyən edilib.
Azərbaycanda "Yəhova şahidləri" dini təriqətini təbliğ edən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Mingəçevir şəhərində qanunla qadağan olunmuş "Yəhova şahidləri" dini təriqətini təbliğ edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində kirayədə yaşayan, Bakı şəhər sakinləri Aybəniz Mahmudovanın və Sevinc Qaravəliyevanın "Yəhova şahidləri" dini təriqətini təbliğ etmələri müəyyən edilib.

Onların yaşadıqları evə baxış zamanı 591 ədəd təbliği və yayılması qadağan olunmuş dini kitab, videodisk və kassetlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti