...

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Respublika Günü ilə bağlı konfrans keçirib

Cəmiyyət Materials 26 May 2010 12:59 (UTC +04:00)
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və AMEA-nın Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə "Şərqdə ilk demokratik respublika. Azərbaycan qadını" adlı konfrans keçirilib.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası Respublika Günü ilə bağlı konfrans keçirib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və AMEA-nın Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə "Şərqdə ilk demokratik respublika. Azərbaycan qadını" adlı konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova Yaxın Şərqdə və İslam dünyasında ilk dünyəvi demokratik dövlət kimi Azərbaycanın tarixi rolu və digər ölkələrə təsiri haqqında danışıb.

O, "İstiqlal Bəyannaməsi"nin qəbulu ilə Şərq ölkəsində demokratik dəyərlərin, Azərbaycan xalqının dünyagörüşünün formalaşmasına təsiri və dövlətin ictimai-siyasi həyatında iştirak etmək barədə qərarından danışıb.

"Bu gün biz fəxrlə deyə bilərik ki, ADR-in yaranması yaxın qonşularımızın da müstəqillik uğrunda mücadilə aparmasına təkan verib. Ana dilimizin SSRİ dövründə də dövlət səviyyəsində qorunmasına, ikinci dövlət dili elan olunmasına və bu gün də bu səviyyəyə çıxmasına görə, biz həmin tarixi günü yazanlara borcluyuq", - Yusifova deyib.

Tədbirdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri Lalə Əhmədova, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova və digərləri çıxış ediblər.

1918-ci il mayın 28-də Azərbaycanın milliqayəli, millitəfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.
ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi.

Xəbər lenti

Xəbər lenti