...

Kür çayının çirklənməsi təhlükəli səviyyəni keçmir – Gürcüstanın ətraf mühit naziri

Cəmiyyət Materials 7 İyul 2010 18:13 (UTC +04:00)
Kür çayının çirklənməsi təhlükəli səviyyəni keçmir. Bu barədə çərşənbə günü Qəbələdə jurnalistlərə Gürcüstanın ətraf mühit və təbii ehtiyatların qorunması naziri Qoqa Xaçidze bildirib.
Kür çayının çirklənməsi təhlükəli səviyyəni keçmir – Gürcüstanın ətraf mühit naziri

Аzərbaycan, Qəbələ, 7 iyul /Trend, müxbir М.Əliyev/

Kür çayının çirklənməsi təhlükəli səviyyəni keçmir. Bu barədə çərşənbə günü Qəbələdə jurnalistlərə Gürcüstanın ətraf mühit və təbii ehtiyatların qorunması naziri Qoqa Xaçidze bildirib.

"Kürün kimyəvi və bioloji çirklənməsi təhlükəli səviyyəni keçmir və təlaş üçün heç bir əsas yoxdur", - Xaçidze deyib.

Onun sözlərinə görə, Gürcüstanda minimum çirklənməyə nail olmaq üçün yeni texnologiyalardan istifadə olunur.

"Kürün çirklənmə səviyyəsinin yoxlanması yalnız Gürcüstan tərəfdən deyil, eləcə də beynəlxalq səviyyədə aparılır", - gürcü nazir bildirib.

Xaçidze hesab edir ki, gələcəkdə də transsərhəd səviyyədə əməkdaşlıq etmək, tullantı utilizasiyalarının idarə edilməsini birgə həyata keçirmək vacibdir, belə ki, Kür çayı Gürcüstandan başqa, digər ölkələrdə də istifadə olunur.

Azərbaycan Ekologiya Nazirliyi tərəfindən aparılan monitorinqlərin yekununa görə, Kür çayında biogen maddələrin sayı Gürcüstan və Ermənistan ərazilərində təmizlənməmiş məişət və sənaye tullantılarının suya atılması ilə əlaqədar olaraq normanı keçir.

Xəbər lenti

Xəbər lenti