...

"Quranın yandırılması günü"nün keçirilməsinə çağırışı pisləyən qətnaməyə baxılmaq BMT-nin İnsan Haqları Şurasında ləğv olunub

Cəmiyyət Materials 1 Oktyabr 2010 15:18 (UTC +04:00)
Cümə axşamı BMT-nin İnsan Haqları Şurasının 15-ci sessiyasında çoxsaylı məsləhətləşmələrdən sonra, Quranın yandırılması gününün keçirilməsinə çağırışı pisləyən qətnamə layihəsinə baxılmaq ləğv olunub. Bu barədə BMT-nin mətbuat xidmətindən verilən məlumatda deyilir.
"Quranın yandırılması günü"nün keçirilməsinə çağırışı pisləyən qətnaməyə baxılmaq BMT-nin İnsan Haqları Şurasında ləğv olunub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Cümə axşamı BMT-nin İnsan Haqları Şurasının 15-ci sessiyasında çoxsaylı məsləhətləşmələrdən sonra, Quranın yandırılması gününün keçirilməsinə çağırışı pisləyən qətnamə layihəsinə baxılmaq ləğv olunub. Bu barədə BMT-nin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Layihə İslam Konfransı Təşkilatına üzv ölkələr - həmmüəlliflər tərəfindən geri çağırılıb.

Bu qətnamənin qəbulu ilə yanaşı, Şuranın sədri bütün üzvlər adından dini dözülməzliyi, o cümlədən, ayrı-seçkilik və hansısa dinin terrorçuluqla birliyini pisləyən bəyanatla çıxış edib.

BMT Şurasının bəyanatında deyilir ki, beynəlxalq ictimaiyyət dini dözülməzliyin bütün formalarına qarşı vahid cəbhədə birləşməli və belə hadisələrin qarşısını almaq üçün praktik tədbirlər görməlidir.

"Şura dünyanın hər yerində davam edən dini dözülməzlik, ayrı-seçkilik və zorakılığı tənqid edir", - Şuranın 15-ci sessiyası sədrinin bəyanatında qeyd olunur.

11 Sentyabr Nyu-York terror aktının hazırkı ildönümü son illər narahatlıq doğuran səbəblərdən birinə çevrilib. Amerika ictimaiyyəti terror aktı nəticəsində dağılmış binaların yaxınlığında məscidlərin tikilməsi ilə bağlı tərəfdar və əleyhdarlara bölünüb.

Floridada Amerika kilsələrindən birinin rahibi Terri Cons sentyabrda prixodları müsəlmanların dini kitabı Quranın surətlərini kütləvi şəkildə yandırmaq və bununla da  "islamdan gələn təhlükəni insanlara xəbərdarlıq etmək" məqsədilə 11 Sentyabr faciəsinin növbəti ildönümünü qeyd etməyə çağırıb. Aksiya baş tutmayıb.

Lakin dünya ictimaiyyətinin çoxsaylı etirazlarına baxmayaraq, terror aktı nəticəsində məhv olan əkiz binaların yaxınlığında məscid tikilməsinin əleyhdarları Quranın surətinin yandırılması üzrə bir neçə aksiya keçiriblər.

Euronews-un yazdığı kimi, Neşvill şəhəri yaxınlığında (Tennesi ştatı) keşiş Bob Ould bir yevangelistlə öz evinin həyətində müsəlmanların müqəddəs kitabı Quranın iki surətini yandırmaqla ictimai aksiya keçirib. Bundan əlavə, terror aktı nəticəsində dağılan göydələnlərin yerində Nyu-Cersi ştatının sakini Derek Fenton belə bir aksiya keçirib. Digər şəhərlərdə, o cümlədən, Vaşinqtonda Ağ ev qarşısında məscid tikilməsinin əleyhinə olan mitinq iştirakçıları etriaz əlaməti olaraq Quranın səhifələrini cırıblar.

Xəbər lenti

Xəbər lenti