...

Azərbaycan deputatları hərbi hissələrdə olublar

Cəmiyyət Materials 28 Dekabr 2010 15:12 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin bir qrup üzvü 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Bərdə və Naftalandakı hərbi hissələrdə olublar, əsgərlərlə görüşüblər.
Azərbaycan deputatları hərbi hissələrdə olublar

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli Məclisinin bir qrup üzvü 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Bərdə və Naftalandakı hərbi hissələrdə olublar, əsgərlərlə görüşüblər.

Deputatlar Qənirə Paşayeva, Zahid OrucMahir Aslanov, həmçinin Goranboy və Naftalan rayon İcra Hakimiyyətlərinin başçıları, Respublika Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev, onun müavini Mübariz Quliyev, Respublika Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Hacı Rəfiqə Əsgərova, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin üzvü Həvva Məmmədovanın da iştirak etdiyi tədbirlərdə əsgərlər və hərbçilər bayram münasibətilə təbrik edilib.

Deputatlar hərbçilər qarşısında çıxış edərək Silahlı Qüvvələrə göstərilən dövlət qayğısından danışıb, onlara xidmətlərində uğurlar arzulayıblar. Tədbirdə qeyd olunub ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri altında dövlətin ərazi bütövlüyünü təmin etmək, torpaqları işğaldan azad etmək imkanlarına malikdir. Onlar bayram günlərində əsgərlərlə birlikdə olmağın çox vacib olduğunu bildiriblər: "Arzu edirik ki, Ali Baş Komandanın başçılığı və hərbçilərimizin iştirakı ilə torpaqlarımızı işğaldan azad edək və gələn il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili işğaldan azad olmuş torpaqlarımızda qeyd edək".

Çıxışlardan sonra xidmətdə fərqlənən əsgərlərə və zabitlərə hədiyyələr təqdim edilib. Tədbirin sonunda Azərbaycanın tanınmış müğənniləri hərbçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti