...

Azərbaycanın dağ çaylarında qısamüddətli daşqın və sel olacağı ilə bağlı xəbərdarlıq edilib

Cəmiyyət Materials 22 Aprel 2011 14:03 (UTC +04:00)
Azərbaycanda dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi ehtimalı var.
Azərbaycanın dağ çaylarında qısamüddətli daşqın və sel olacağı ilə bağlı xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev cümə günü Trend-ə bildirib ki, Departament gursululuq dövrünün proqnozunu tərtib edərək əlaqədar qurumlara, rayon icra başçılarına göndərib.

"Respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi gözlənilir. Böyük Qafqaz çaylarında, Balakən, Şəki, Oğuz, Qəbələ, Kiçik Qafqazın çaylarında daşqın və sel proqnozlaşdırılır. Ümumilikdə, dağ çaylarında - əsasən Böyük və Kiçik Qafqazın çaylarında sululuq normadan yuxarıdır", - Verdiyev əlavə edib.

Baş hidroloq Kürün aşağı hissəsində vəziyyətin hələki normal olduğunu deyib.

"Kürün aşağı hissəsində suyun səviyyəsi ötən illə müqayisədə aşağıdır. Kürün yuxarı hissəsində suyun səviyyəsində dünən və bu gün artım qeydə alınıb. Bu gün suyun səviyyəsi 37 sm qalxıb. Artım Gürcütanda yağıntılı hava şəratinin davam etməsi ilə əlaqəlidir. Suyun səviyyəsində artım sabah, birigün də davam edəcək", - Verdiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti