...

Gənc alimlər Nalçikdə beynəlxalq konfransda elmin əsas aktual istiqamətlərini müzakirə edirlər

Cəmiyyət Materials 22 Aprel 2011 18:09 (UTC +04:00)
Gənc alimlər cümə günü Nalçikdə öz işinə başlayan XV "Perspektiv-2011" Beynəlxalq konfransında elmin əsas aktual istiqamətlərini müzakirə edirlər.
Gənc alimlər Nalçikdə beynəlxalq konfransda elmin əsas aktual istiqamətlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Gənc alimlər cümə günü Nalçikdə öz işinə başlayan XV "Perspektiv-2011" Beynəlxalq konfransında elmin əsas aktual istiqamətlərini müzakirə edirlər. Trend-in məlumatına görə, Xatuto Mutoviç Berbekov adına Kabardin-Balkar Dövlət Universitetində Moskva, Şimali Qafqazın bütün regionları, Adıgey, Rostov vilayəti, eləcə də Ukrayna, Belarus və Azərbaycandan yüzə yaxın gənc alim, aspirant və tələbə toplaşıb. Məlumatı İTAR-TASS yayıb.

"Ökənin getdiyi çoxsəviyyəli təhsil sistemi elmi tədqiqatları mütləq özündə birləşdirir", -universitetin rektoru Barasbi Karamurzov forumu açarkən bildirib. Onun sözlərinə görə, universitet bu kursu on il bundan əvvəl götürüb, nəticədə ali məktəbdə "güclü elmi-tədqiqat bazası yaradılıb", onun laboratoriyaları "dünya səviyyəli nəticələr əldə edir".

Plenar iclasdan sonra gənc alimlər fizika-riyaziyyat, sosial elmlər, humanitar, kimya-biologiya və mühəndis-texniki blokları əhatə edən seksiyalarda işləyəcəklər.

Konfransın yekunları üzrə toplu buraxılacaq. Artıq foruma göndərilən 400 işdən 300-ə yaxını topluya daxil edilmək üçün seçilib.

Xəbər lenti

Xəbər lenti