...

5 yaşlı qızının ölümündə ittiham olunan ata bəraət istəyir

Cəmiyyət Materials 29 İyun 2011 12:12 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən prosesdə təqsirləndirilən Şahlar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə vəsatət verib.
5 yaşlı qızının ölümündə ittiham olunan ata bəraət istəyir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 5 yaşlı qızının ölümündə ittiham olunan ata özünü günahkar saymır.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən prosesdə təqsirləndirilən Şahlar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə vəsatət verib.

Özünü ittiham üzrə təqsirli bilməyən ata bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmasını məhkəmədən xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib və iş üzrə növbəti proses iyulun 6-na təyin olunub.

İttiham aktına grə, bu il fevralın 27-də Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsində yaşayan 5 yaşlı Sevinc Həsənova atası və analığı Rəbiyyət Osmanova tərəfindən döyülməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, fevralın 26-da Sevinc Həsənovanı analığı Rəbiyyət Osmanova döyüb, saat 22 radələrində isə yatağında onun ağlamasına və sakitləşməməsinə görə atası Şahlar Həsənov əsəbiləşərək 5 yaşlı qızı Sevincin baş nahiyəsindən təpiklə bir neçə dəfə vurub.

Onlar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.2.4-cü, 120.2.9-cu) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti