...

Azərbaycanda rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 26 Sentyabr 2011 12:44 (UTC +04:00)
2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün keçirilmiş test imtahanlarının nəticələri açıqlanıb.
Azərbaycanda rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün keçirilmiş test imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, imtahan nəticələri artıq www.tqdk.gov.az saytında yerləşdirilib.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə - sentyabrın 24 və 25-də keçirilib. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza, ikinci mərhələdə ixtisas fənləri üzrə biliklər yoxlanılıb.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunub.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 17 nəfəri imtahana gəlməyib.

Bu il Azərbaycanda rezidenturaya qəbul imtahanları ilk dəfə keçirilir.

Xəbər lenti

Xəbər lenti