...

Bu il qəbul imtahanlarında ən çox IV qrupa sənəd vermiş abituriyentlər yüksək nəticə göstəriblər

Cəmiyyət Materials 6 Dekabr 2011 11:51 (UTC +04:00)
2011-2012-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 103 185 abituriyent iştirak edib
Bu il qəbul imtahanlarında ən çox IV qrupa sənəd vermiş abituriyentlər yüksək nəticə göstəriblər

Azərbaycan, Bakı, 6 dekabr / Trend müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 103 185 abituriyent iştirak edib. Onlardan 1476 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yüksək nəticə göstərənlər respublikanın, demək olar ki, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edir. Onlardan 957 nəfəri şəhər, 519 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır.

TQDK sədri deyib ki, 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı, xüsusi təyinatlı ali məktəblərə daxil olanlar (15 nəfər) da var. Yüksək nəticə göstərənlər I qrupda 331, II qrupda 364, III qrupda 323, IV qrupda 458 nəfərdir.Qəbul imtahanlarında 4 nəfər maksimal nəticə-700 bal toplayıb.

2011-2012-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında ən yüksək nəticə göstərən və namizədliyi TQDK tərəfindən Prezidentə təqdim edilən 102 gəncə Azərbaycan Prezidentinin sərəncamı ilə təqaüd təyin edilib.

Xəbər lenti

Xəbər lenti