...

Azərbaycanın 2 teleradio şirkətinin lisenziya müddəti daha 6 il uzadıldı

Cəmiyyət Materials 5 Mart 2012 16:06 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının növbəti iclasında "Alternativ" Tele-Radio MMC-nin və "Xəyal" Müstəqil Tele-Radio Şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.
Azərbaycanın 2 teleradio şirkətinin lisenziya müddəti daha 6 il uzadıldı

Azərbaycan, Bakı, 5 mart /Trend/

Milli Televiziya və Radio Şurasının növbəti iclasında "Alternativ" Tele-Radio MMC-nin və "Xəyal" Müstəqil Tele-Radio Şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

Şuradan bazar ertəsi Trend-ə verilən məlumata görə, MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun tələblərini, "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.9-cu bəndini rəhbər tutaraq "Alternativ" Tele-Radio MMC-nin və "Xəyal" Müstəqil Tele-Radio Şirkətinin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti