...

BBC-nin aparıcısı "Eurovision 2012"-yə hazırlıq işləri ilə tanış olub

Cəmiyyət Materials 23 Mart 2012 17:07 (UTC +04:00)
"BBC Three" televizya şəbəkəsinin aparıcısı Aleks Riley "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq işləri ilə tanış olmaq üçün Azərbaycana səfər edib.
BBC-nin aparıcısı "Eurovision 2012"-yə hazırlıq işləri ilə tanış olub

Azərbaycan, Bakı, 23 mart /Trend/

"BBC Three" televizya şəbəkəsinin aparıcısı Aleks Riley "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq işləri ilə tanış olmaq üçün Azərbaycana səfər edib.

Trend-in məlumatına görə, Azərbaycanın müstəqillik əldə etdikdən sonra sürətlə inkişaf etdiyini qeyd edən Riley Bakının mahnı müsabiqəsinə yüksək səviyyədə hazırlaşdığını bildirib.

Səfər zamanı Riley "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar ilə görüşüb, onun Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisinə necə qalib gəlmək barədə tövsiyələrini alıb.

Həmçinin, Riley Azərbaycan xalçaları, muğamı, milli rəqsi ilə yaxından tanış olub, millət vəkili Ceyhun Osmanlı ilə söhbət edib və İctimai Televizyada şou proqramda iştirak edib.

Qeyd edək ki, Riley Bakıya səfəri zamanı gördükləri barədə videoreportaj hazırlayaraq yayımlayıb.

Xəbər lenti

Xəbər lenti