...

Azərbaycanın ədliyyə sahəsində Avropa İttifaqı ilə mühüm layihələr həyata keçirilir

Cəmiyyət Materials 1 İyun 2012 19:02 (UTC +04:00)
Ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən "Ədliyyə sahəsində islahatlara dəstək" proqramının icrasına başlanılıb.
Azərbaycanın ədliyyə sahəsində Avropa İttifaqı ilə mühüm layihələr həyata keçirilir

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən "Ədliyyə sahəsində islahatlara dəstək" proqramının icrasına başlanılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, layihə üzrə nəzərdə tutulan tədbirlərin mütəşəkkil və vaxtında təmin olunması, bu işlərin əlaqələndirilməsi, monitorinqlərin aparılması məqsədilə nazirlikdə yaradılmış geniştərkibli proqramın İdarəetmə Komitəsinin iclası keçirilib.

Giriş nitqi ilə tədbiri açan nazir müavini Toğrul Musayev Azərbaycan Prezidenti tərəfindən son illər ərzində ədliyyə orqanlarının inkişafına və müasirləşdirilməsinə yönəldilmiş çox mühüm normativ-hüquqi aktların qəbul olunduğunu, ölkəmizdə ilk dəfə olaraq regional ədliyyə şöbələrinin yaradıldığını, Ədliyyə Akademiyasının təsis edildiyini, həmçinin penitensiar sistemin və digər sahələrin inkişafı üzrə genişmiqyaslı islahatların aparıldığını qeyd edib, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının həyata keçirilən işlərə böyük maraq göstərərək dəstək verdiyini bildirib, birgə proqramın istiqamətləri üzrə əməli tədbirlərin görüldüyünü vurğulayıb.

İclasda çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri səfir Roland Kobia dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin hərtərəfli dinamik tərəqqisini, o cümlədən ədliyyənin inkişafı üzrə qazanılmış nailiyyətləri təqdir edərək, Azərbaycanla tərəfdaşlıq münasibətlərində ədliyyə fəaliyyəti üzrə əməkdaşlığın mühüm yer tutduğunu diqqətə çatdırıb, bu istiqamətdə islahatların davamlı olmasına əminliyini ifadə edib.

İclasda proqramın icrası ilə bağlı müəyyən olunmuş şərtlərin yerinə yetirilməsinə və qarşıda duran vəzifələrə dair geniş müzakirələr aparılıb, görülən işlər barədə hesabat və məruzələr dinlənilib, təkliflər irəli sürülərək konkret tapşırıqlar verilib.

Tədbirdə Avropa Komissiyasının ölkəmizdəki missiyasının, habelə İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələri və ekspertlər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti