...

Naxçıvanın Ali Məclisinə yeni hüquq verilib

Cəmiyyət Materials 5 İyun 2012 13:03 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasındakı orta ixtisas və peşə ixtisas təhsili müəssisələri barədə müvafiq qərar vermək hüququ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə verilib.
Naxçıvanın Ali Məclisinə yeni hüquq verilib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/

Naxçıvan Muxtar Respublikasındakı orta ixtisas və peşə ixtisas təhsili müəssisələri barədə müvafiq qərar vermək hüququ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə verilib.

Nazirlər Kabinetindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, əvvəllər bu hüquq Azərbaycan Respublikasının Nazirlər Kabinetində olub. Bu dəyişiklik nazirlik tərəfindən "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"na edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Yeni dəyişikliklərdə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının ərazisindəki orta ixtisas təhsili müəssisələrinə dair müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyindən, Maliyyə Nazirliyindən və Təhsil Nazirliyindən müvafiq rəy alınandan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında vəsatət qaldırıla bilər.

Qaydalara edilən yeni dəyişiklərə əsasən, bələdiyyə təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası tələbləri nəzərə alınmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti