...

TQDK buraxılış imtahanlarında şagirdlərin göstərdiyi nəticələri açıqlayıb

Cəmiyyət Materials 6 İyun 2012 12:06 (UTC +04:00)
İyunun 4-dən etibarən Azərbaycanda magistraturaya qəbulla bağlı proqram seçimi başlayıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə günü keçirilən mətbuat konfransında bildirib
TQDK buraxılış imtahanlarında şagirdlərin göstərdiyi nəticələri açıqlayıb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

İyunun 4-dən etibarən Azərbaycanda magistraturaya qəbulla bağlı proqram seçimi başlayıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, magistraturaya qəbul imtahanın ikinci mərhələsi iyulun 24-də keçiriləcək.

"Rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanı isə iyulun 7-də aparılacaq", - Abbaszadə deyib.

Ötən imtahanlarda telefon və digər qadağan olunmuş vasitələrdən istifadə edən abituriyentlərə üzünü tutaraq xəbərdarlıq edib ki, növbəti imtahanlarda bu təkrar olunarsa, cəzalar daha sərt olacaq.

Abbaszadə həmçinin deyib ki, məktəblərin birinci buraxılış imtahanlarında 9 nəfər, 2-ci imtahanda 13 nəfər mobil telefonla gəldiyi üçün həmin şagirdlərin nəticələri qiymətləndirilməyib.

O xəbərdar edib ki, telefonla imtahana gələnlər və ya digər qaydaları pozanların nəticələri ləğv olunacaq və onlar attestatsız qalacaq.

Abbaszadə bildirib ki, iyunun 3-də keçirilən IX siniflərin buraxılış imtahanında iştirak edən 35026 şagirddən 1265 nəfəri "Ana dili"ndən, 2400 nəfəri "Riyaziyyat"dan "2", 5089 nəfəri "Ana dili"ndən, 4624 nəfəri "Riyaziyyat"dan "5", 17202 şagird "Ana dili"ndən, 19436 nəfər "Riyaziyyat"dan "3", 11470 şagird "Ana dili"ndən, 8566 şagird isə "Riyaziyyat"dan "4" alıb.

İyunun 2-də keçirilən imtahanda kəsilən şagirdlər imtahanda iştirak edən şagirdlərin 3,41 faizini, iyunun 3-də keçirilən imtahanda "2" qiymət alanlar isə həmin imtahanda iştirak edənlərin 9,28 faizini təşkil edir.

Abbaszadə bildirib ki, iyunun 8-də Azərbaycanda Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz rayonlarında iyunun 13-də, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Beyləqan və Zərdab rayonlarında iyunun 18-də, Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş rayonlarında da iyunun 24-də, Cənub rayonlarında, eləcə də Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında isə iyunun 29-da buraxılış imtahanı keçiriləcək.

"TQDK tərəfindən iyunun 30-dan iyulun 3-dək orta ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə bağlı apellyasiya komisiyyaları fəaliyyət göstərəcək", - TQDK sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti