...

Azərbaycanda Aİ-nin tvinninq layihəsi çərçivəsində görülən işlər müsbət dəyərləndirilib

Cəmiyyət Materials 6 İyun 2012 17:33 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) "Azərbaycan Respublikasında təhlükəsiz və sağlam əmək şəraitinin təkmilləşdirilməsi üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək" tvinninq layihəsinin rəhbər komitəsinin dördüncü iclası keçirilib.
Azərbaycanda Aİ-nin tvinninq layihəsi çərçivəsində görülən işlər müsbət dəyərləndirilib

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Avropa İttifaqının (Aİ) "Azərbaycan Respublikasında təhlükəsiz və sağlam əmək şəraitinin təkmilləşdirilməsi üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək" tvinninq layihəsinin rəhbər komitəsinin dördüncü iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iclasda Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX), Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Almaniyanın Azərbaycandakı səfirliyinin, Beynəlxalq Maliyyə Korporasiyasının, tvinninq layihəsinin nümayəndələri, sosial tərəfdaşlar iştirak ediblər.

Rezident tvinninq məşvərətçisi Karl Kun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Kristof Kasilyas layihənin icrası ilə bağlı olaraq ötən üç ay ərzində müvafiq qanunvericilik sisteminə dəyişikliklərin edilməsi, təlimlərin keçirilməsi, Polşa və Almaniyada müfəttişlərin ixtisasartırma kurslarında iştirak etməsi, təhlükəsiz və sağlam əmək şəraiti üzrə Üçtərəfli Sosial Şuranın yaradılması və s. istiqamətlərdə görülən işləri ətraflı təhlil ediblər.

Bütün iştirakçılar layihənin DƏMX ilə fəaliyyətini yüksək qiymətləndirərək müsbət fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti