...

Allahşükür Paşazadə İnquşetiya və Tatarıstana gedir

Cəmiyyət Materials 8 İyun 2012 16:19 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 9-da RF İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti ilə İnquşetiya Respublikanın yaranmasının 20 illliyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etmək üçün bu Şimali Qafqaz respublikasına səfər edəcək.
Allahşükür Paşazadə İnquşetiya və Tatarıstana gedir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 9-da RF İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti ilə İnquşetiya Respublikanın yaranmasının 20 illliyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etmək üçün bu Şimali Qafqaz respublikasına səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə Qafqaz müsəlmanlarının dini lideri Paşazadəni QMİ sədrinin birinci müavini müfti Salman Musayev müşayiət edəcək.

Allahşükür Paşazadə, həmçinin iyunun 10-da RF Tatarıstan Respublikasına səfər edəcək.

Səfər Tatarıstan Respublikasının Prezidenti Rustəm Minnixanovun şəxsi dəvəti əsasında həyata keçiriləcək. Səfər zamanı Paşazadə fəxri qonaq qismində Volqa Bulqarıstanında İslamın qəbul edilməsinin ildönümü münasibətilə Kazan şəhərində və tarixi Bulqar ərazisində keçiriləcək təntənəli tədbirlərdə, habelə yeni məscid kompleksinin açılışında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti