...

Məhkəmə rektor köməkçisinə 4 il iş verdi

Cəmiyyət Materials 12 İyun 2012 12:24 (UTC +04:00)
Lənkəran şəhər məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün məhkəmədə Lənkəran Dövlət Universiteti (LDU) rektorunun dələduzluqda ittiham olunan köməkçisi Emin Şahzadənin və Ramil Hüseynovun məhkəməsi başa çatıb.
Məhkəmə rektor köməkçisinə 4 il iş verdi

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə rektor köməkçisinə 4 il iş verib.

Lənkəran şəhər məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmədə Lənkəran Dövlət Universiteti (LDU) rektorunun dələduzluqda ittiham olunan köməkçisi Emin Şahzadənin və Ramil Hüseynovun məhkəməsi başa çatıb.

Hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə Emin Şahzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ramil Hüseynov isə 200 manat məbləğində cərimələnib.

İttihama görə, Lənkəran rayonun Əşlə kənd sakini Emin Şahzadə rektorun köməkçisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ayrı-ayrı vətəndaşlardan onların yaxın qohumlarını universitetə və digər dövlət təşkilatlarına işə düzəltmək adı ilə üst-üstə 16 min manat məbləğində pul alıb. Ramil Hüseynov ona bu işdə kömək edib.

Xəbər lenti

Xəbər lenti