...

Bakı şəhər Dövlət Yol Polisi sürücüləri diqqətli olmağa çağırır

Cəmiyyət Materials 16 İyun 2012 13:09 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi Bakının bəzi yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırır.
Bakı şəhər Dövlət Yol Polisi sürücüləri diqqətli olmağa çağırır

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhər Dövlət Yol Polisi Bakının bəzi yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırır.

İdarənin bölmə rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsinə qədər asfalt səthinin yenilənməsi ilə bağlı təmir-tikinti işləri aparılır. Hazırda Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsinə qədər olan yol bağlanmayıb, lakin Bakı şəhər Dövlət Yol Polisi sürücülərin nəzərinə çatdırır ki, həmin yolda bir qədər daralma var.

Əsədov həmçinin bildirib ki, Səməd Vurğun küçəsinin kəsişməsindən Ənvər Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə qədər olan istiqamətdə səki daşlarının dəyişdirilməsi, yolun genişləndirilməsi və yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar həmin ərazidə texnika işləyir.

Onun sözlərinə görə, bu istiqamətdə də yol daralıb.

Bölmə rəisi qeyd edib ki, sürücülərdən xahiş olunur ki, bunu nəzərə alıb tıxacın, sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etsinlər və ya həmin yollarda hərəkət edərkən diqqətli olsunlar.

Xəbər lenti

Xəbər lenti