...

Bakıda qanunsuz uduşlu oyunlar keçirilən obyekt aşkar olunub

Cəmiyyət Materials 20 İyun 2012 17:11 (UTC +04:00)
Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı iyunun 18-də Səbail rayonu, R.Behbudov küçəsi 8, mənzil 12 ünvanında yerləşən, fərdi sahibkar Quliyev İsrafil Əjdər oğluna məxsus ictimai iaşə obyektində qanunsuz olaraq kompüter vasitəsilə uduşlu oyunların təşkil olunduğu aşkar edilib.
Bakıda qanunsuz uduşlu oyunlar keçirilən obyekt aşkar olunub

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı iyunun 18-də Səbail rayonu, R.Behbudov küçəsi 8, mənzil 12 ünvanında yerləşən, fərdi sahibkar Quliyev İsrafil Əjdər oğluna məxsus ictimai iaşə obyektində qanunsuz olaraq kompüter vasitəsilə uduşlu oyunların təşkil olunduğu aşkar edilib.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, obyektdə özünü Cəfərov Müzəffər Sərdar oğlu kimi təqdim edən şəxs uduşlu oyunların operatoru vəzifəsini icra etdiyini bildirib. Nəzarət zamanı 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən olunub.

Vergi əməkdaşları tərəfindən həmin obyektlərdən ümumilikdə 9 ədəd kompüter dəsti, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar, "qara mühasibatlıq" sənədləri götürülüb.

Qanunsuz oyunların təşkilatçılarının dəqiqləşdirilməsi, əldə edilmiş gəlirin və vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən aparılan yoxlamaya təqdim edilib.

Fakt üzrə araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti