...

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni təhsil imkanı yaradılıb

Cəmiyyət Materials 22 İyun 2012 15:50 (UTC +04:00)
Azərbaycanda bundan sonra evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili distant formada da təşkil oluna biləcək. Bu barədə cümə günü Trend-ə Nazirlər Kabinetindən məlumat veriblər
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni təhsil imkanı yaradılıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bundan sonra evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili distant formada da təşkil oluna biləcək. Bu barədə cümə günü Trend-ə Nazirlər Kabinetindən məlumat veriblər.

İndiyədək isə evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili yalnız əyani formada təşkil olunurdu.
Qeyd edək ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın dörd forması var. Onlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır.

Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır.

Xəbər lenti

Xəbər lenti