...

Azərbaycanın tanınmış vəkili vəfat edib

Cəmiyyət Materials 22 İyun 2012 16:55 (UTC +04:00)
Vəkillər Kollegiyasından Trend-ə bildiriblər ki, Aşurov 57 yaşında xəstəlikdən dünyasını dəyişib və doğulduğu Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dəfn olunacaq.
Azərbaycanın tanınmış vəkili vəfat edib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın tanınmış vəkili İsaxan Aşurov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Vəkillər Kollegiyasından Trend-ə bildiriblər ki, Aşurov 57 yaşında xəstəlikdən dünyasını dəyişib və doğulduğu Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dəfn olunacaq.

Aşurov 1955-ci ilin 1 avqustunda Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. 1977-1981-ci illərdə Qazax rayon Polis Şöbəsində, 1981-1984-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-1989-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.

1989-1991-ci illər ərzində Tovuz rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib.

1996-cı ildən vəkil kimi çalışıb. 4 övladı var. Vəkillər Kollegiyasının üzvü olub.

Xəbər lenti

Xəbər lenti