...

Azərbaycanda magistraturaya qəbul olan bakalavrlar üçün ixtisaslaşma seçiminə başlanılıb

Cəmiyyət Materials 27 İyun 2012 10:12 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən 2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrlar üçün ixtisaslaşma seçiminə başlayıb.
Azərbaycanda magistraturaya qəbul olan bakalavrlar üçün ixtisaslaşma seçiminə başlanılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən 2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrlar üçün ixtisaslaşma seçiminə başlayıb.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, imtahanın II mərhələsinin nəticələri artıq saytda yerləşdirilib.

Bu mərhələdən keçərək müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 29-dək 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin məzmununa dair bakalavrların müraciətlərinə TQDK-da yaradılan apelyasiya komissiyası tərəfindən iyunun 27-dən 29-dək baxılacaq.

Xəbər lenti

Xəbər lenti